İSİM -də “Tütünlə mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda “dəyirmi masa” keçirilib…

0
45

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Tütünlə mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda “dəyirmi masa” keçirilib. Görüşdə həmçinin tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərmək və mövcud qanunvericiliyi təhlil etmək üçün Texniki Məsləhətçi Qrupun (TMQ) nümayəndələri də təmsil olunublar. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, “Hayat” Beynəlxalq Humanitar Təşkilatı, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, “LAYF” Xeyriyyə İctimai Birliyi, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və digər QHT-lərin nümayəndələri müzakirələrdə fəal iştirak ediblər.

İSİM-in mətbuat xidmətinin məlumatına görə, tədbir zamanı tütün əleyhinə sosial videoçarxların nümayişi, layihə çərçivəsində keçirilmiş kütləvi tədbirlər və aksiyalardan görüntülər, həmçinin əhali tərəfindən tütünlə mübarizənin dəstəklənməsi ilə bağlı keçirilmiş ictimai rəy sorğusunun nəticələri iştirakçılar arasında xüsusi maraq doğurub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin