Amerikalı mütəxəssislər ATU-da olublar…

0
70

Amerikalı həkimlər Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında qonaq olublar. Görüşdə qonaqların iştirakı ilə ATU-da seminar keçirilməsinə dair ilkin razılıq əldə olunub, tədbirin təfərrüatları ilə bağlı müzakirələr aparılıb.

ATU-nun mətbuat xidmətinin məlumatına görə, görüş zamanı klinikanın direktoru, professor Surxay Hadıyev qonaqlara rəhbərlik etdiyi müəssisənin fəaliyyəti haqqında məlumat verib. Klinikanın 2013-cü ildən fəaliyyət göstərdiyini deyən professor bildirib ki, 500 çarpayılıq tibb mərkəzində 18 kafedra, 28 şöbə var. On üç mərtəbəli binada yerləşən bu tibb müəssisəsində tədrislə yanaşı, əhaliyə yüksək diaqnostik və cərrahi müalicə-tibbi yardım da göstərilir.

ABŞ səfirliyinin tibbi məsləhətçisi Stiv Stonhaus artıq 10 ildir Bakıda işlədiyini və ATU-nun fəaliyyəti ilə yaxından tanış olduğunu deyib. O, Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi və pasiyentlərin yüksək keyfiyyətli tibbi xidmətdən istifadəsinin yaxşılaşdırılması sahəsində ATU-nun kinikalarının böyük töhfəsi olduğunu bildirib.

ABŞ-ın Vanderbilt Universitetinin neonatoloqu, professor Scot Qutriye Bakıya artıq ikinci səfəri olduğunu qeyd edib. O, səfər zamanı Azərbaycanın tibb müəssisələrində neonatologiya şöbələri ilə tanış olacağını bildirib. Professor uşaqlara tibbi yardım göstərən mütəxəssislərin təlim prosesinin islahatı və inkişafında maraqlı olduğunu qeyd edib.

Görüşdən sonra qonaqlar klinikanın neonatologiya şöbəsinə və simulyasiya mərkəzi ilə tanış olublar.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin