Bu gün Ümumdünya İnsultla Mübarizə Günüdür

0
72

29 oktyabr  Ümumdünya İnsultla Mübarizə Günüdür.

İnsult beynin qan dövranının kəskin pozulması, yəni, beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması (spazm) və ya tutulmasıdır. Ağır gedişli insultlardan sonra baş beyin funksiyasının yalnız qismən bərpa olunması müşahidə edilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, ölümə səbəb olan xəstəliklər arasında insult üçüncü yerdə qeyd edilir. İnsult həyat üçün təhlükəli olan kəskin miokard infarktı və ya kəskin kəllə-beyin travması ilə eyni dərəcədə təhlükəli sayılır.

Yaşı 55-dən yuxarı qadınların hər beşindən biri, kişilərin isə hər altısından biri insult keçirir və onlardan yarısı bu səbəbdən vəfat edir. Həyata qayıdanların 70-80%-də müxtəlif əlillik dərəcələri qeyd olunur: onların da 20-30%-i ömrünün sonunadək doğmalarının və ya tibb işçilərinin xüsusi qayğısına möhtac olurlar.

Xəstəliyin diaqnostikasında adətən kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası və s. araşdırma vasitələrindən istifadə edilir.

Mümkündür ki, tromb və ya gematomanın kənarlaşdırılması, qan sızmasının dayandırılması üçün cərrahi əməliyyata ehtiyac olsun.

İnsultdan sonra bütün pasiyentlər üçün reabilitasiya vacibdir. Daha sonra itirilmiş nitq və hərəkət vərdişlərinin bərpasına müəyyən fiziki yüklənmələr, fiziki terapiya və loqopediya kömək edə bilər.

İnsultun müalicəsində adətən aşağıdakı preparatlar tətbiq edilir: aspikor, aspinat kardio, asekardol, qlisin, kardiask, elkar və s.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin