Türkiyənin Acı Badem Xəstəxanalar Qrupunun həkimləri Onkoloji klinikada mühazirə oxuyublar

0
54

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Onkoloji klinika 2007-ci ildən fəaliyyət göstərir və ən müasir diaqnostika və müalicə avadanlıqları ilə təchiz olunub. On ildir ki, xəstələr müasir müalicə müəssisəsi, tələbələr isə bilik və təcrübə mərkəzi kimi onun xidmətindən istifadə edirlər.

MedOnline.az azərtac-a istinadən xəbər verir ki, Türkiyənin Acı Badem Xəstəxanalar Qrupunun nümayəndələri klinikada mühazirə oxuyublar.

Klinikanın baş həkimi, dosent Nəsimi Qasımov qonaqlara məlumat verərək deyib:”Onkoloji müalicə müəssisəsi iki stasionar, poliklinika, diaqnostika, əməliyyat, anestezioloji şöbələrdən və gündüz stasionarından ibarətdir. Klinikanın histoloji laboratoriyası, kompüter tomoqrafiyası, ultrasəs müayinəsi otaqları, digər müalicə-diaqnostika şöbələri, elmi-tədqiqat və müalicə sektorları, ginekologiya, cərrahi və başqa şöbələri ən yeni cihazlar və avadanlıqlarla təchiz edilib. Tibb ocağında müasir tipli uşaq onkologiyası şöbəsi də yaradılıb. Burada 24 saat ərzində fəaliyyət göstərən ekspress-laboratoriya fəaliyyət göstərir”.

Daha sonra Türkiyənin Acı Badem Xəstəxanalar Qrupunun beyin və sinir cərrahı, professor Koray Özduman “Baş beynin birincili bədxassəli şişləri və onların müalicəsi” mövzusunda mühazirə oxuyub. Acı Badem Xəstəxanalar Qrupunun radiasiya onkologiyası şöbəsinin professoru Meriç Şengözün “Baş beyin metostatik şişlərinin müalicəsi” mövzusunda mühazirəsi də maraqla dinlənilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin