Qadınlar bunu bilməlidir!

0
76

Üz dərisinin dartılması üçün istifadə olunan botoks preparatı sağlamlığa ciddi ziyan vura bilər.

Bu barədə “Daily Mail” qəzeti xəbər yayıb. Qəzetin məlumata görə, botoksdan istifadə görmə qabiliyyəti və baş beyin üçün təhlükəlidir.

Böyük Britaniyanın ən tanınmış plastik cərrahlarından biri Culian de Silvanın sözlərinə görə, geləbənzər maddə olan botoks təsadüfən üz arteriyasına düşəndə fəsadlar yaranır. Botoksun gözlərin arxa hissəsini oksigenlə təchiz edən arteriyaya düşməsi görmə qabiliyyətinin itirilməsi və insult ilə nəticələnir, həmin maddənin beyinə daxil olan oksigenin qarşısını alması təhlükəsi yaranır.

Bu sahədə aparılan araşdırmalardan birinə görə, 2012-ci ildə Britaniyada 32 adam botoksdan sonra kor olmuşdur. Bu cavanlaşdırma preparatı azı dörd pasiyentdə insult və beyinin zədələnməsi ilə nəticələnmişdir. Maraqlıdır ki, bu, botoksun kənar təsiri barədə ilk məlumat deyildir.

Bu preparat üzdə emosiyalar ifadə etmək imkanını məhdudlaşdırır, sinirlərin beyinlə əlaqəsini zəiflədir.
Nəticədə, insanın hiss edəcəyi duyğular spektrinə mütləq təsir göstərir. Həmin səbəbdən insan özünü xoşbəxt hiss edə bilmir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin