Ekoloji maarifləndirmə layihəsinə start verilib

0
46

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsünün birgə təşkilatçılığı ilə “Gənclərin Ekoloji Maarifləndirilməsi” layihəsinə start verib.

Layihənin əsas məqsədi gənclər arasında komanda quruculuğu, idarəetmə, ekoloji tədbirlər və maarifləndirmə işinin təşkilinin təşviq edilməsidir. Layihə çərçivəsində iştirakçılar təlim və sosial tədbirlərin iştirakçısı olacaq, cəmiyyətin ekoloji maarifləndirilməsi işində yaxından iştirak edəcəklər.

Təşkil ediləcək müsahibə mərhələsinin nəticələrinə əsasən 20 gənc layihədə iştirak etmək imkanı qazanacaq. Tədbirin fəaliyyət planına ekoloji mövzularda təlimlərin keçirilməsi, həmin təlimlərdə iştirak edən gənclərin müxtəlif məktəblərdə özlərinin müvafiq istiqamətlərdə təlimlərin aparılması, iməciliklər və digər sosial aksiyaların təşkili daxildir.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin