Xoşbəxt hiss etmək üçün həm də bunları bilin…

0
117

Xoşbəxtlik hormonları nələrdir?

-Beyində hüceyrələr arasındakı kimyəvi rabitənin meydana gəlməsini təmin edən hormona xoşbəxtlik hormonu adı verilir. Xoşbəxtlik hormonunun digər adı serotonin hormonu olaraq da bilinməkdədir.

Serotonin – Bu hormon özünü necə biruzə verir? – Serotonin insana xoş əhval-ruhiyyə , gümrahlıq, yüksək enerji verir. Serotonin əksik olan insanlarda depresiya, bədbinlik, hövsələsizlik baş verir. Bu hormonu yüksəltmək üçün havada çox olmaq, günəş şüası qəbul etmək, piyada çox gəzmək və triptofan tərkibli qidalarla (süd, yumurta, pendir, qatıq, mal əti, lobya, badam və.s) qidalanmaq lazımdır.

Dofamin – Necə hiss etdiri?!  – İnsanda özgüvən yüksək olur, həyat eşqli və xoşhal olur. Dopomin əskikliyi tənbəllik, gərginlik, huşsuzluqla özünü biruzə verir. Bu hormonu orqanizmdə yüksəltmək üçün musiqi dinləyin, sevdiyiniz hər hansı bir hobbinizlə məşğul olun, ″C″ vitamini qəbul edin və gündəlik həyatınızda protoin tərkibli qidalarla qidalanın.

Oksitosin – İnsanda xeyirxahlıq hissi yaradır. İnsan şəfqətli, sevgi dolu, mərd olur. Oksitosin əskikliyi isə insanda narahatlıq yaradır, küskünlük və özünəqapanma hissi çoxalır. Bunun qarşısını almaq üçün xəyal qurun, sevdiklərinizə sarılın, ev heyvanı saxlayın.

Endorfin – Özünü necə hiss etdirir? – Daxili rahatlıqla, pozitiv və şən əhval-ruhiyyəli olmaqla özünü biruzə verir. Bu hormonun əskikliyi zamanı insan stresli, gərgin və həvəssiz olur. Endorfini yüksəltmək üçün gülməli videolara baxın, acı bibər yeyin, piyada gəzintisini rejimə salın.

Sonda isə qeyd edim ki, beynimiz kimya laboratoriyası kimidir. Düzgün qidalanma və düzgün həyat tərzi sizin xoşbəxtlik hormonlarınızı artıra bilər.

Müxbir: Gülnar Nadirqızı

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin