Min bir dərdin dərmanı – QARA ZİRƏ

0
113

Qara zirəni və yağını müalicə əlacı kimi istifadə etməzdən öncə bir sıra məlumatlardan xəbərdar olmağınız yerinə düşər. Belə ki, qara zirə hüceyrələrdəki metobolizm fəaliyyətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləşməsində qara zirəyə ehtiyac vardır. Bədənə lazım olan hormonların inkişafına təsir edir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan histamin kimi maddələrin artmasının qarşısını alır. Sinir sisteminin fəaliyyətini təmin edir, immun blokadasının aradan götürülməsinə kömək edir. Qanda xolesterolu normallaşdırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanmaların qarşısını alır. Ürəkdə ilk infarkt riskini azaldır. 1 qram qara zirə yağı bu baxımdan gündəlik tələbatımızı təmin edir.

Xəstəliklər və onların müalicəsi üçün zəruri olan prosedurların təsvirinə keçməzdən əvvəl qeyd etməliyəm ki, qara zirə toxumunu və ya yağını qəbul etməzdən əvvəl  siqaret çəkən şəxslər öncə siqareti atmalıdır.

Üzdə dəri xəstəlikləri – Gündə 2-3 dəfə yarım çay qaşığı zirə yağı için. Yarım çay qaşığı qara zirə yağını 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Alınmış qarışığı üzə sürtmək və 1 saat saxladıqdan sonra su və sabunla yumaq.

Ürək yandırmaları – Bir fincan qaynar südə bir neçə damcı qara zirə yağı damcılamaq , bir çay qaşığı bal qatmaq və isti-isti içmək. Həm də mütəmadi salat yemək lazımdır.

Göz ağrısı – Qara zirə yağı göz xəstəliklərinin əksəriyyəti üçün faydalıdır. Onu səhər və axşam yatmazdan əvvəl gözünüzə damladın, ətrafına sürtün və bundan sonra bir neçə damcı qara zirə yağı qarışdırılmış 1 xörək qaşığı bal yeyin.

Qulaq ağrısı – Yoluxduqda qulağa qara zirə yağından damcılamaq.

Bəlğəm – Bəlğəmi aradan qaldırmaq üçün qara zirəni limon şirəsi ilə qarışdırıb içmək.

Tonzillit – 2 çay qaşığı qara zirə toxumunu 1.5 litr suda qaynadıb süzgəcdən keçirmək və boğazı hər gün 2 dəfə qarqara etmək.

İmmun sabitliyinin saxlanılması – Hər gün 1 çay qaşığı qara zirəni 3 ay ərzində qəbul etmək.

 

Müxbir: Gülnar Nadirqızı

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin