Türkiyəli təlimçi həkimlərin iştirakı ilə Respublika Perinatal Mərkəzində tədbir keçirilmişdir

0
36

Respublika Perinatal Mərkəzi və Türkiyyə Respublikası Baş Nazirlik Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə birlikdə “Ana və uşaq sağlamlığının qorunması və körpə ölümlərinin azaldılması” məqsədilə türk təlimçi həkimlərin iştirakı ilə Respublika Perinatal Mərkəzində 19-20 oktyabr 2017-ci il tarixində “Yenidoğulmuşların doğum zalında ilkin reanimasiyası” kursu keçirilmişdir.

Bu tədbirə Quba RPM, Sabirabad RPM, Şəki RPM, Lənkəran RPM, Gəncə RPM, Şirvan Doğum Evindən , eyni ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan Baki Sağlamlıq Mərkəzi, 3 saylı ŞKX, 4 və 5 nömrəli Doğum evlərinən, Kliniki Tibbi Mərkəzdən ümumilikdə 40 iştirakçı qatılmışdır.

Tədbirin sonuncu günü təlimçilərin yiyələndiyi bilik səviyyəsi imtahan edilərək sertifikatlar təqdim olunmuşdur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin