20 oktyabr Ümumdünya Osteoporozla Mübarizə Günüdür

0
28

Metabolik xəstəlik olan osteoporoz sümük toxumasının zədələnərək nazikləşməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnir. Bu xəstəlik adətən tədricən yaranır və zaman keçdikcə inkişaf edir. Sümükdə gedən dəyişiklikləri xarakterizə edən osteoporoz terminini ilk dəfə XIX əsrdə fransız cərrahı Yakob Lobşteyn işlədib.

Başlanğıc mərhələdə osteoporoz qətiyyən özünü büruzə vermir, hətta onun başlanılmasından on il keçəndən sonra da orqanizmdə gedən dəyişikliklərdən xəbər tutmaq olmur. Sümük kütləsinin əriməsi ağrıyla müşayiət olunmur, bəzən kürəyin aşağı hissəsində sızıltılar əmələ gəlir. Sağlam sümüklərdən fərqli olaraq, osteoporoz zamanı sümük əriməsi yenilərinin yaranmasından daha sürətlə gedir, nəticədə skeletin ümumi həcmi azalır. Sümük əriməsinin miqdarı dörddəbirə çatanda güclü osteoporoz başlayır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin