Süd vəzisinin xərçəngi xəstəliyi üzrə sağlamlıq həftələri keçirilir…

0
36

Dünyada hər 8 qadından biri süd vəzisinin xərçəngi xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik Azərbaycanda yayılma dərəcəsinə görə xərçəng xəstəlikləri arasında ikinci yeri tutur. Süd vəzisi xərçənginin erkən aşkarlanmasının əsasını ixtisaslı həkim müayinələrindən keçməsi təşkil edir. Qadınların belə müayinələrdən keçmə tezliyi yaşa uyğun dəyişkəndir.

2 -15 oktyabr tarixlərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə – Mingəçevir şəhərində və Yevlax rayonunda süd vəzisinin xərçəngi xəstəliyi üzrə sağlamlıq həftələri keçirəcək. 2 həftə ərzində sakinlərə tibbi müayinələr və ixtisaslı həkimlər tərəfindən konsultasiyaların verilməsi nəzərdə tutulub.

Mingəçevir şəhərində fəaliyyət göstərən 2 Ailə Sağlamlıq Mərkəzi və Yevlaxda fəaliyyət göstərən 5 Ailə Sağlamlıq Mərkəzi qadınları müayinələrdən keçməyə dəvət edir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin