Səhiyyə naziri Oqtay Şirəliyev Əmr imzalayıb

0
55

“Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” Əmri imzalanıb

Sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya SəhiyyəTəşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanmışdır.

Əmrə əsasən 15 oktyabr-15 noyabr 2017-ci il tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

Sənəddə qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilatı işlərin görülməsi tapşırılır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin