İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 9-22 oktyabr tarixlərində prostat vəzin xəstəliklərinin…

0
33

Rəsmi statistikaya əsasən xərçəng xəstəliyi dünyada insanların ölümünə səbəb olan xəstəliklər arasında ilk sıralardadır. Hazırda kişilər arasında xərçəngin ən geniş yayılmış növlərindən biri də prostat vəzinin karsinomasıdır. Əgər müayinə zamanı prostat vəzinin xərçəngi aşkarlanıbsa qorxuya düşmək lazım deyil.
Çünki xəstəliyin erkən aşkarlanması xərçəngin əmələ gəlməsinin qarşının alınmasında çox vacibdir. Statistikaya görə, erkən aşkarlanmış prostat törəmələri 90 faiz hallarda müalicə olunur.
Onkoloji xəstəliklərin əmələ gəlmə risklərini azaltmaq üçün insan zərərli vərdişlərdən uzaq olmalı, sağlam qidalanmalı və fiziki fəallıq göstərməlidir.
İctimaiyyətin diqqətini bu təhlükəli xəstəliyə yönəltmək və xəstəliyin erkən aşkarlanması məqsədi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 9-22 oktyabr tarixlərində prostat vəzin xəstəliklərinin profilaktikasına həsr edilmiş sağlamlıq həftələri təşkil edir. Sağlamlıq həftələri çərçivəsində Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində rəsmi qeydiyyatda olan əhali Ailə Sağlamlıq Mərkəzlərində tibbi müayinələrdən keçmək imkanı əldə edəcək, həkimlər tərəfindən eyni zamanda sağlam qidalanma və sağlam həyat tərzi haqqında məsləhətlərin verilməsi nəzərdə tutulub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin