Tibb Universitetində 41 baza üzrə rezidentlər üçün dövrü attestasiya imtahanı keçirilib

0
42

Azərbaycan Tibb Universitetinin (ATU) Virtual Test Mərkəzində Azərbaycan Respublikasının 41 bazası üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) rezidentlər üçün dövrü attestasiya imtahanı keçirilib.

Bu barədəTibb Universitetinin mətbuat xidmətindən məlumat verilib.

ATU-nun rezidentura şöbəsinin müdiri dosent Rizvan Məmmədov bildirib ki, 41 baza üzrə 144 fəndən test imtahanları hazırlanıb, apelyasiya komissiyası yaradılıb. “İmtahan 2 gün davam edib. Bu il rezidenturaya daxil olanları nəzərə almasaq, ümumilikdə, 1728 rezidentimiz var. 1728 nəfərdən iki gün ərzində 990 nəfər rezident imtahan verib. 45 nəfər imtahandan kəsilib. Onlar üçün bir ay sonra yenidən imtahan keçiriləcək. İmtahanla bağlı apelyasiya müraciəti olmayıb”, – deyə o qeyd edib.

Xatırladaq ki, bir necə aydan sonra rezidentlərin buraxılış imtahanı keçiriləcək.

Mənbə AZƏRTAC

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin