MedOnline.az payız-qış mövsümdə sizə iddialı və incə görünüş bəxş edəcək dodaq boyalarını təqdim edir:
Şərab çaları
Hollivud ulduzlarının tez-tez istifadə etdiyi nəcib şərab çaları makiyajı daha gözəl edəcək. Sonra dəri rəngi bərabərləşdirib üzü konturlayın və zəngin boyanı əlavə edin. Saçları atquyruğu şəklində toplayın.
Narıncı
Vizajistlər alqırmızı pomadaları narıncı rəngə dəyişməyi təklif edirlər. Ancaq ehtiyatlı olun! Belə seksual çalar hər kəsin diqqətini cəlb edəcək.
Tünd bənövşəyiİpək kimi yumşaq teksturaya malik bənövşəyi rəngdə pomada seçin. Son nəticənin maksimum dərəcədə mükəmməl olması üçün dodaqları əvvəlcədən nəmləndirin.
Qəhvəyi
Bu qeyri-adi intensiv çaları üz ifadəsini dərinləşdirmək üçün istənilən makiyajla uyğunlaşdırmaq olar. Mövsümün melanxolik və dumanlı mənzərəsini makiyajınıza əlavə edin.
Qırmızı kərpic

Bu dodaq boyası payızın ən çox arzulanan rəngidir. Zəngin rəngi gündüz də istifadə etmək olar.
Tünd göy

Gecə qaranlığını xatırladan çaların sizi ürkütməsinə imkan verməyin. Bu mövsümdə tünd göy rəng də trenddir.
Açıq qəhvəyi

Açıq qəhvəyi payız makiyajının əvəzolunma rəngidir. Onlar payız obrazını çox gözəl vurğulayacaq və cəzbedici edəcək.
Mürəkkəb qara

Qotik qara yeni mövsümün ən mürəkkəb rəngi olmağa namizəddir. Sadə makiyajı bu cəsarətli rənglə tamamlayın.