Respublika Narkoloji Mərkəzində tədbir keçirilmişdir

0
65

03.10.2017-ci tarixində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində Ümumdünya Alkoqolizmlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir qeyd edilmişdir ki, alkoqolizm – spirtli içkilərin sui–istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir.

Tədqiqatlar göstərir ki, ümumiyyətlə alkoqolun mütamadi qəbulu və ya alkoqolizmin xroniki xəstəlik halına keçməsi, orqanizmin daxili üzvlərinin zədələnməsinə və bunun nəticəsində psixosomatik pozuntular, sayıqlamalar, depressiv hallar, eləcə də ayrı-ayrı bədən üzvlərində ağrıların meydana gəlməsinə səbəb olur.

Alkoqolizmin qarşısı vaxtında alınmazsa və xəstə tibbi müalicəyə cəlb edilməzsə, onun sonradan müalicəsi xeyli çətinləşir. Ümumiyyətlə alkoqolizmin profilaktikasında xəstənin fərdi – psixoloji xüsusiyyətləri əsas götürülməlidir. Alkoqolizm yalnız insanın şəxsiyyət keyfiyyətlərinə və sağlamlığına təsir göstərmir. Bu xəstəlik həm də cəmiyyətə, sosial sferaya hərtərəfli təsir göstərməklə, mövcud olan bir sıra sosial institutları zəiflədir, müxtəlif problemlər ortaya çıxarır.

ÜST-nin məlumatlarına görə dünyada ölüm hadisələrinin təxminən 4%-i bu və ya digər dərəcədə alkoqoldan sui istifadə və bundan əmələ gələn xəstəliklər ilə əlaqəlidir. Hər il dünyada 2,5 mln insan bu səbəbdən həyatını dəyişir, onlardan 320 min nəfəri 15-29 yaşlı şəxslərdir. Ölüm hadisələri və əlilliyə səbəb kimi alkoqoldan sui-istifadə risk faktorları arasında III yer tutur. Ürək-damar xəstəlikləri, sinir sisteminin degenerativ xəstəlikləri, qaraciyər, mədəaltı vəzi və onkoloji xəstəlikləri mütəmadi alkoqol qəbulu ilə sıx statistik əlaqəsi ÜST-nin məlumatları ilə təsdiqlənir.

Alkoqoldan sui istifadə zorakı ölüm və travmatizasiya statistikasına ciddi təsir göstərir. Ailədə zorakılıq, uşaqlara zor tədbiq etmək hallarında alkoqol sərxoşluğunun təsiri çox yüksəkdir.

2010-cu ilin may ayında Cenevrədə keçirilən Beynəlxalq Səhiyyə Assambleyasinda “Alkoqoldan sui istifadə edilməsinin azaldılması strateqiyası” qəbul olunmuşdur. Məsləhət xarakteri daşıyan bu sənədə, ÜST-na daxil olan 194 ölkənin Səhiyyə Nazirləri imza etmişlər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydə alınan şəxslərin ümumi sayı 2016-cı ildə 21909 nəfər, onlardan 863 nəfər qadın, olmuşdur. 2011- ci ildə analoji göstərici 19765 nəfər, onlardan 857 nəfər qadın, 2008- ci ildə -18298 nəfər, onlardan 836 nəfər, qadın, 2005-ci ildə 18199 nəfər, onlardan 871 nəfər qadın, olmuşdur.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin