Seksə gedən yol qadının ÜRƏYİNDƏN KEÇİR… 16+

0
249

MedOnline.az Aznews.az-a istinadla Barbara de Anjelisin “HƏR BİR KİŞİNİN BİLMƏSİ VACİB OLAN QADINLAR HAQQINDA SİRLƏR“ kitabını ixtisarlarla, hissə-hissə təqdim edir. Məhəbbət, seks və qarşılıqlı münasibət haqqında olan bu əsərdə ailələri və çütlükləri narahat edən çox vacib suallara cavab tapılır.

Qeyd edək ki, Barbara de Anjelis dünya şöhrətli psixoloq, şəxsiyyətlərarası münasibətlər üzrə ekspertdir. Onun kitablarını oxuyan hər qadın özünü daha yaxşı dərk etməyi, kişilər isə partnyorunun məhəbbətə, seksə, ünsiyyət və yaxınlığa olan münasibətini anlaya biləcək.

Əvvəli BURADA  https://medonline.az/?p=1221&preview=true

1. İlk öncə qadın ürəyini və qəlbini oyatmaq lazımdır.
2. Qadının seks istəməsi üçün rahatlanması və yayındırıcı anları unutması lazımdır.
3. Qadınlar başdan çıxarılmanı xoşlayırlar.
4. Qadınlar tələsdiriləndə, özlərini çox pis hiss edirlər. 

→ Seksual sirr – 1

Kişi və qadın fərqli ehtiraslanır.

● Kişi necə ehtiraslanır. Təsəvvür edin ki, qadın partnyorunu sığallamağa başlayır. Onun sinir sonluqları ehtiraslanmaya cəhd siqnalı alır və komandanı bilavasitə cinsiyyət üzvünə yönəldir. Kişinin penisi sanki möcüzə əsasında bərkiyir və ereksiya yaranır. Bununla da uğurlu ehtiraslanma həyata keçir.

● Qadın necə ehtiraslanır. Kişi və qadın yatağa uzanır, kişi qadını sığallamağa başlayır. Kişinin sinir sonluqları ehtiraslanmaya cəhd siqnalı alır. Kişi bədənindən fərqli olaraq qadın bədəni başqa cür reaksiya verir. Bu informasiya erogen zonaya gəlib çatmamışdan öncə “Emosional ştab-mənzildə”, yəni beyində işlənməlidir…

→ Bilirdiniz?

Əgər qadının ürəyi bağlıdırsa, əgər xroniki olaraq sevgi çatışmazlığı varsa, erotik kişi toxunmaları ona həyəcanlandırıcı gəlməyəcək, zəhlətökücü və əsəbiləşdirici təsir bağışlayacaq. Bəzən seksual əhval-ruhiyyədə bizə xoş və gözəl görünən məqam, başqa bir vaxtda sıxıcı, əsəbi, hətta incidici təsir bağışlaya bilər.

Qadın bədəni kişinin toxunması ilə özündən asılı olmayaraq ehtiraslana bilməz. Əvvəlcə qadın ürəyini və qəlbini oyatmaq lazımdır, sonra bədən də oyanacaq. Elə bu səbəbdən də qadın kişilərdən fərqli olaraq olduqca nadir hallarda seksə hazır olur. Qadında seksə həvəs yaratmaq kişidən çox-çox çətindir.
Qadın bədəninin əsas erogen zonası ürəkdir. Qadın ürəyini sevgi ilə doldurmağı öyrəndikdə onun bədənini oyada biləcəksiniz və o sizi istəyəcək.

→ Qadınlar kişinin nəyi anlamasını arzulayır 

Qadın bədəninin kişini istəmə vəziyyətinə çatmasından öncə onun ürəyinin tələbini yerinə yetirmək lazımdır.
Ürəyi sevgi ilə dolduqda, onu mütləq sizinlə bölüşmək istəyəcək, özü də seksual cəhətdən.

→ Qadını seksual cəhətdən oyatmağın iki yolu

Emosional və fiziki prelüdiya 

Əziz kişilər, qadınlar sizin emosional prelüdiyanı buraxıb, dərhal fiziki prelüdiyaya keçmənizdən şikayətlənir.

“Ərim yalnız seks istəyəndə mənə toxunur. Mən olduqca həssas qadınam və yalnız seksdə fiziki yaxınlıq istəmirəm. Onun məni təkcə yataqda qucaqlamasını, öpməsini, sığallamasını istəmirəm. Həftələrlə mənə toxunmayanda, özümü tərk olunmuş, tənha hiss edirəm. Təbii ki, məsələ seksə çatanda, mən artıq heç nə istəmirəm”. 

Bədənimizə aparan qapını açmaq üçün kişiyə iki açar lazımdır – fiziki toxunma, sevgi və yaxınlıq; fiziki prelüdiya və emosional prelüdiya.

→ Seksual məharət

Qadını seks istəməyə necə vadar etmək olar

1. Ardıcıl olaraq onun seksual bank hesabını artırmaqla. Bu hesabın tükənməsinə yol verməyin, əks halda qadınınız sizinlə cinsi əlaqədə olmaqdan qaçacaqdır.
Bu hesabı necə doldurmalı? Üç möcüzəli üçlüyü unutmayın – diqqət, bağlılıq və anlama. Qadın heç vaxt sevgi həsrəti çəkməməlidir. Əgər o, sevgi “aclığı” hiss edərsə, onda sizə nəticəsiz seks həsrəti çəkmək nəsib olacaq!

2. Sevişmək üçün gecəni gözləməyin. Ahəngdar və ehtiraslı seksual həyat sizinlə sevdiyiniz qadın arasında yataq otağından kənarda baş verənlərə əsaslanır.
Bütün həftə söhbət etmədiyiniz, sığal-tumar çəkmədiyiniz qadının sizinlə şənbə axşamı sekslə məşğul olacağına ümid etməyin.

3. Emosional prelüdiyanın ustası olun. Qadın seksual həvəsinin hər iki açarından – fiziki və emosional – istifadə etməyi unutmayın.


→ Seksual sirr – 2

Qadının seks istəməsi üçün rahatlanması və yayındırıcı anları unutması lazımdır.
Qadın kişi kimi seks və emosiyanı ayıra bilmir.
Seksə hazır olması üçün qadın tam sərbəst, rahat olmalıdır. Əgər o gərgindirsə, onun sekslə məşğul olmağa meyl göstərməsi çətindir.

Kişilər seksdən stressi aradan qaldırmaq və gərginlikdən qurtulmaq üçün istifadə edir.

Qadınlara isə seksə başlamamışdan əvvəl stress və gərginlikdən qurtulmaq lazımdır.

Seks – stresslərin öhdəsindən gəlmək üçün kişilərin istifadə etdiyi ən sevimli vasitədir. Qadın üçün isə o bir az cəlbedicidir.


→ Prelüdiyanın yeni tərifi

Kişilər prelüdiyanın nə olduğunu çox gözəl bildiklərini düşünürlər – onlara görə bu, öpüş, sığal, qadın erogen zonasına toxunmadır. Ancaq, kişilər, bunu sizə demək mənə xoş olmasa da, yenə də sizi məyus etməliyəm. Bütün bunlar yalnız və yalnız prelüdiyanın tamamlayıcı hissəsidir. Artıq əvvəl dediyim kimi, qadınlarda prelüdiya onu yatağa uzandırmazdan bir neçə saat, gün, hətta həftə əvvəldən başlayır.

1. Qadının rahatlanmasına kömək edən hər şey prelüdiya ola bilər. O nə qədər rahat olarsa, sekslə məşğul olmağa bir o qədər hazır olar. Beləliklə, aşağıda verilən siyahıda sadalananlar, xoşunuza gəlsə də, gəlməsə də, prelüdiyadır:

● ondan nə istədiyini soruşun və çalışıb onu yerinə yetirin;
● şam yeməyindən sonra qabları yumaq istədiyinizi söyləyin, ona tələsmədən vanna qəbul etməyə imkan yaradın;
● o, yoqa ilə məşğul olanacan, ərzaq almağa gedin;
● o istirahət edənəcən, uşaqlarla məşğul olun;
● gözəl qoxulu sabunla onun ayaqlarını masaj edin.

2. Qadının özünü əzizləmək üçün etdiyi hər hərəkət prelüdiya hesab edilə bilər.

3. Problemləri barədə söhbət də qadın üçün prelüdiya ola bilər.


→ Seksual məharət

Partnyorunuzun seksə həvəsinin yaranmasına necə kömək etməli

1. Ondan rahatlanması üçün edə biləcəyiniz kömək barədə soruşun.
2. Ona özünü seksual və zərif hiss etməsinə nəyin kömək etdiyini müəyyən edin.

3. Özünüz üçün prelüdiyanı kəşf edin

→ Seksual sirr – 3

Qadınlar başdan çıxarılmanı xoşlayır.

Sevişmə prosesində kişinin ən çox buraxdığı səhv diqqəti məqsədə, yəni seksual əlaqəyə cəmləməkdi. Sizin üçün yalnız seks əsasdır, qalan şeylər – pərəstişkarlıq, flirt (eşqbazlıq) etmək, qucaqlaşma “hesaba alınmır”.

→ Əsl başdan çıxarmanın düşməni: “hər şey və ya
heç nə” yanaşması

“Hər şey və ya heç nə” yanaşması nə deməkdir? Məsələ seksə aid olduqda söhbət aşağıda qeyd olunandan gedir: Əgər sizin hər şeyə, yəni tam cinsi əlaqəyə vaxtınız yoxdursa, siz heç nə etməməyə üstünlük verirsiniz.

Qadın üçün sevişmək təkcə fiziki akt deyil.
Bu onunla partnyoru arasında olan seksual və emosional enerji mübadiləsidir.

→ Seksual sirr – 4
Qadın kişinin tələsdiyini hiss etdikdə, o sıxılır və əsl mənada cuşa gəlmir
Bütün qadınların tapşırığına əsasən kişilərə demək istəyirəm: DAYANIN! Sekslə sanki tez bir zamanda bitirmək istədiyiniz iş kimi məşğul olmağı dayandırın! Bu, yarış deyil. Tez qurtarmaqla, əlavə xal qazanmayacaqsınız. Əksinə, bu proses nə qədər çox davam edərsə, həm qadınınız, həm də elə sizin özünüz üçün bir o qədər yaxşı olacaq!

→ Seksual məsləhət
Gözəl və incə sekslə necə məşğul olmalı

Zərif seks – qadının seksual ehtiras yaşaması üçün yetərincə vaxt əldə etdiyi, kişinin artmaqda olan seksual enerjisini ağılla bölüşdürməyə imkan verən seksdir. Onda seksual akt usandırıcı dərəcədə uzun və olduqca xoş olur.

Qeyd: Əsər “Qanun” nəşriyyatına çap edilib. Tərcüməçisi Nəzakət Ağayeva, redaktoru Elçin Zahiroğludur. Kitabı əldə etmək istəyənlər Qanun Nəşriyyatına müraciət etsinlər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin