Nuray Kahya həkim dostlarıyla Azərbaycana qonaq gələcək

0
229
Türkiyənin Manisa şəhərindəki “Grandmedical Hospital”ın baş həkimi dosent Mümtaz Kahya Azərbaycan və Türkiyə sevdalısıdır. Bu yaxınlarda qardaş ölkəyə səfər zamanı Mümtaz həkimlə həmsöhbət oldum. Mümtaz həkimin ömür-gün yoldaşı Nuray xanım da ağxalatlı tibb işçisidir.
3 övlad anası olan Nuray xanım, Azərbaycanın uğurlarına Türkiyənin uğurlarına sevindiyi kimi sevinir.
Nuray Kahya, xəstəxanada işlərinin çoxluğuna baxmayaraq Azərbaycana qonaq gəlmək niyyətində olduğunu bildirdi.
Mən, bütün doğmalarım adından Türkiyənin Manisa şəhərindəki “Grandmedical Hospital”ın baş həkimi dosent Mümtaz Kahya və onun ömür-gün yoldaşı Nuray Kahyanı Azərbaycana qonaq qismində dəvət etdim. Xatırladıram ki, 8 mərtəbəli bu özəl şəfa ocağın çox profillidir. Burda xəstələrə çox gözəl xidmət göstərilir.
Şəkildə: Azərbaycanın Astara rayonunun Kijəbə qəsəbə tam orta məktəbinin direktoru, Şairə Təbrizə Pünhanın(Təbrizə Hüseyn qızı Rəsulova) “Sevgimin ünvanı”adlı ilk şeirlər kitabını hörmətli Nuray Xanıma təqdim edərkən.
Fotolar: Elçin İsmayılova məxsusdur.
Şamil Sabiroğlu,
“Ana harayı”qəzetinin xüsusi müxbiri, “Xebertv.az”İnternet Portalının redaktoru.
Bakı,16.09.2017
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin