İrem Dericidən pərəstişkarlarını ÜZƏCƏK XƏBƏR

0
146

Ötən həftələrdə yaşadığı qida zəhərlənməsinin ardından İrem Dericidən pərəstişkarlarını növbəti dəfə üzəcək xəbər var.

İrem Dericinin başı xəstəliklərlə dərddə olmağda davam edir. Gərəkdiyi kilodan bir xeyli zəif görüntüləriylə uzun müddət müzakirə olunan İrem Derici indi də qida zəhərlənməsilə mübarizə aparır. 
Müalicəsi davam edən İrem Derici təəssüf ki, yaxşılaşma yönündə yetərli addım ata bilmədiyindən digər konsertlərini də təxirə salmaq məcburiyyətində qaldı. Derici, verəcəyi daha 3 konsertini həkim raporu ilə təxirə saldı.
Məşhur popçu xəbəri Instagramdan yayımladı:
“Müalicəm davam etməkdə olduğu üçün;
20 sentyabr Ankara Atılım Universiteti
23 sentyabr Yenikapı (Samsun tanıtım günləri)
24 sentyabr İstanbul Çekmeköy konsertlərim həkim raporu ilə təxirə salınmışdır. Anlayışınız üçün təşəkkür edirəm. Sizlərlə yenidən görüşməyimiz üçün mənə bol-bol dua edin”

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin