Sentyabrın 15-də Azərbaycan Tibb Universitetində (ATU) Bilik gününə həsr olunmuş tədbir keçirilib.

0
96

MedOnline.az azərtac-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli tələbələri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Bu gün haqqında danışan professor deyib: “ATU böyük tarix və dərin ənənələrə sahibdir. Elm və təhsil daima inkişafda olan sahələrdir. Bu gün ATU-nun bütün klinikaları dünya standartlarına cavab verir. Azərbaycanda prioritet sahələr olan təhsil və səhiyyənin ardıcıl inkişafı Prezident İlham Əliyevin qlobal inkişafa doğru aparan uğurlu siyasətinin tərkib hissəsidir. Hazırda Azərbaycanda, eləcə də Azərbaycan Tibb Universitetində səhiyyə sahəsində əldə olunan nəaliyyətlərdə ATU-nun müəllim və professorlarının xüsusi rolu var. Məzunlarımızın sorağı dünyanın müxtəlif ölkələrindən gəlir ki, bu da çox sevindirici haldır. Ölkəmizdə tibb sahəsində atılan uğurlu addımlar uzun illərdən bəri Azərbaycan Tibb Universiteti əməkdaşlarının apardıqları elmi axtarışların və gərgin əməyin bəhrəsidiri. Sizi də bu böyük ailənin bir üzvü olmanız münasibətilə təbrik edir, bu çətin və məsuliyyətli seçimdə uğurlar arzulayıram.

Bu il Tibb Universitetinə 1529 tələbə qəbul olunub, onlardan 573 xarici ölkələrin vətəndaşlarıdır. Bu tələbələrin 395-i 600-dən çox, üç nəfər isə 700 bal toplayanlardır”.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və YAP-ın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ümummilli lider Heydər Əliyevin elmin və təhsilin inkişafı və təkminləşdirilməsi istiqamətində əvəzsiz addımlarından danışıblar. Bildirilib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə olduğu kimi səhiyyə və təhsildə də bütün uğurların Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdikləri qayğının nəticəsində əldə edildiyi diqqətə çatdırılıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin