Azərbaycanda 32 min həkim, 54 min orta tibb işçisi var

0
107

Bu ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 32 189 həkim, o cümlədən 8 122 terapevt, 3 652 pediatr, 3 445 cərrah, 2 762 stomatoloq və digər ixtisaslardan olan həkimlər fəaliyyət göstərir. Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir. Əhalinin həkim kadrları ilə əhatə olunma göstəricisinə gəlincə, qeyd olunur ki, ölkəmizdə hər 10 min nəfər sakinə 14 pediatr, 8,4 terapevt, 3,6 cərrah, 2,9 stomatoloq, 1,4 şüa diaqnostikası üzrə mütəxəssis, 1 nevropatoloq, hər 10 min qadına 3,8 ginekoloq düşür.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin