Bu əşya övladınızın kar olmasına səbəb ola bilər

0
115

MedOnline.az xarici mətbuata istinadən xəbər veriri ki, ABŞ-ın Ohayo Kliniki xəstəxanasının yaydığı məlumata görə, hər gün xəstəxanaya qulaq çöplərindən istifadəyə görə ciddi qulaq travmaları alan 34 uşaq daxil olur. İl ərzində bu, 125 000 uşaq edir.

LOR həkimləri qulaq çöplərini ən təhlükəli əşyalardan hesab edirlər. Belə ki, uşaqlarda qulaq travmalarının səbəbi- qulaqların təmizlənməsi (73% hallarda), qulaq çöplərindən oyuncaq kimi istifadə edilməsi (10% hallarda), qulaqda qulaq çöpü ola-ola yıxılma (9% hallarda) kimi hallardan yaranır.

Lor həkimləri bildirirlər ki, qulaq özü-özünü təmizləyən orqandır. Qulaqda yığılan “çirk” əslində qulağı mikroblar, toz və s.-dən qoruyan vacib bir maddədir. Bu maddə qulaqda daim əmələ gəlir və heç bir müdaxilə olmadan özü-özündən xaric olur. Qulaq çöpləri isə qulaq çirkini qulağın dərinliyinə itələyərək təbil pərdəsinin travmalarının riskini artırır.
Ən yayılmış travmalar – təbil pərdəsinin və yumşaq toxumların zədələnməsidir. 99% hallarda travmalar yüngül olsa da, bəzən qulaq çöpündən istifadə çox ciddi fəsadlara, hətta karlığa səbəb olur.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin