Günəş ləkələrindən azad olun -SADƏ ÜSUL İLƏ

0
438
Digər fəsillərdən fərqli olaraq yay günəşinin insan dərisinə daha çox yandırıcı təsiri var. Həddindən çox günəş şüasına məruz qalan dəridə zaman keçdikcə qırışlar, dəri quruluğu, yaşlanma, ləkələnmə, dəri xərçənginin əmələgəlmə risqinin artması və günəş allergiyasının yaranması halları baş verə bilir.
Mütəxəssislər qışda belə, günəşdən qoruma kremi olmadan çölə çıxmağı məsləhət görmür. Bu məsləhətlərə əməl olunmadıqda dəridə iri-xırda günəş ləkələri yaranır. Bu ləkələri ev şəraitində aradan qaldırmağın ən sadə yolunu MedOnline.az sizə təqdim edir:
Sizə lazım olacaq vəsaitlər:
• 1/2 qaşıq yenicə sıxılmış limon suyu
• 1/2 qaşıq karbonat
• 2 xörək qaşığı qatıq
Hazırlanma qaydası:
Qatığı bir qaba qoyun, üzərinə karbonatı tökün və qarışdırın. Daha sonra üzərinə limon suyunu da əlavə edin. Əvvəlcə maskadan bir azca götürüb ləkənin üzərinə sürtün. Bir neçə dəqiqə gözlədikdən sonra maskanın qalanını da göz ətrafı xaric, üzünüzün hər yerinə çəkin. Sinənizə və boyun nahiyənizə də tətbiq edə bilərsiniz. 15 dəqiqə gözləyin və daha sonra üzünüzü masaj edərək yuyun. Bu maskanı həftədə bir dəfə çəkə bilərsiniz.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin