Görmə qabiliyyətini necə yaxşılaşdıraq?!

0
252

MedOnline.az görmə qabiliyyətinin yaxşılaşdırılması üçün sizə aşağıdakı vasitələri təqdim edir:

Vitamin A – qəbulu görmə zəifləməsinin qarşısını alır, həmçinin bir çox göz xəstəliklərinin müalicəsində effektlidir. Orqanizmi A vitamini ilə zənginləşdirmək üçün kələm, ispanaq, lobya, yaşıl noxud, balıq yağı, süd, kərə yağı,qaraciyər,yerkökü, balqabaq, tomat, şirin bibər s. istifadə edin.

Vitamin B2 – Gözün tor qişasını ultrabənövşəyi şüaların zərərli təsirlərindən  qoruyur və gözün normal fəaliyyətini tənzimləyir. B2 vitamini – maya, paxlalılar, kələm, ispanaq, sarımsaq, pomidor, itburnu, ərik, qaraciyər, yumurta, süd və süd məhsulları və s.bu kimi qidaların tərkibində kifayət qədərdir.

Vitamin B5 – Görmə zəifləməsinin qarşısını alır, insan orqanizmində maddələr mübadiləsinə təsir göstərir. Orqanizmi B5 vitamini ilə təmin etmək üçün süd məhsulları, ət, qaraciyər, balıq, yumurta, lobya, noxud, göbələk, paxlalı bitkilər, gül kələmi, çuğundur, sarımsaq və s. ilə qidalanın.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin