Avqustun 25-27-də ölkəmizdə ilk dəfə “Sağlam Azərbaycan Festivalı” keçiriləcək – ÖDƏNİŞSİZ

0
110

MedOnline.az xəbər verir ki, Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə avqustun 25-27-də ölkəmizdə ilk dəfə “Sağlam Azərbaycan Festivalı” keçiriləcək.

Sağlam həyat tərzi aşılamaq məqsədilə üç gün davam edəcək “Sağlam Azərbaycan Festivalı”nın açılış mərasimi avqustun 25-i saat 11-də Ağ Şəhər Bulvarında keçiriləcək.

Festival iştirakçılar üçün pulsuz olaraq həyata keçirilir. Festivala giriş bütün yaş qrupları üçün sərbəstdir. İştirakçılar təqdim olunan xidmət və əyləncələrdən ödənişsiz istifadə edə biləcəklər. Festivalda təqdim olunacaq maraqlı proqramlarda yalnız müşahidəçi yox, həm də iştirakçı olmaq istəyənlər http://saglamazerbaycan.az/ saytının “Qeydiyyat” bölməsinə daxil olub qeydiyyatdan keçməklə iştirak edəcəkləri bir və ya bir neçə proqramı seçə bilərlər . Qeydiyyatdan keçənlər seçdikləri master klass, şou proqram, yarış və digər maraqlı tədbirlərdə birbaşa iştirak etmək hüququ qazanacaqlar.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin