İSİM-in nümayəndələri ABŞ- da keçirilən seminarda iştirak edirlər

0
97

01-04 avqust 2017-ci il tarixlərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun dəstəyi ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Atlanta şəhərində “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqat”ı (GYTS) üzrə təhlil seminarı keçirilir. Seminarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktor müavini Rahib Məmmədov və Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev də iştirak edirlər.

Seminarın məqsədi ölkələrdə gənclərin tütündən istifadəsi ilə bağlı tədqiqatın növbəti mərhələsində nəzərdə tutulan fəaliyyətin öyrənilməsi və bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasıdır. Seminarda iştirak edən tədqiqat koordinatorlarına tütün epidemiyası və ona nəzarət üzrə xülasənin hazırlanması, tədqiqatla bağlı məlumatların təhlili üçün statistik proqramın kompleks nümunəsinin istifadəsi barədə məlumatlar veriləcək.

Müxtəlif ölkələrdə tədqiqat üzrə görülmüş işlər barədə təqdimatların nümayişi ilə təcrübə mübadiləsi aparılaraq, tədqiqatın məlumatlarına əsasən, gələcəkdə tütünlə mübarizəyə dair profilaktika və nəzarət proqramlarının hazırlanması planlaşdırılacaq.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin