Ümumdünya Hepatitlə Mübarizə Günü münasibəti ilə aksiya keçirilib

0
194

28 İyul 2017-ci il tarixdə Ümumdünya Hepatitlə Mübarizə Günü münasibəti ilə Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının mütəxəssis həkimləri əhali üçün vacib olan maarifləndirmə aksiyası keçiriblər.

MedOnline.az xəbər verir ki, aksiyaya Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəalları qoşulmuşdur. Aksiyanın məqsədi əhalinin sağlamlığının qorunması üçün profilaktik müayinələr aparılaraq, hepatit virusunun törətdiyi fəsadların qarşısının alınmasıdır.

Hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin registrində 1500-dən çox hemofiliyalı vətəndaşlar var. 20 yaşdan yuxarı xəstələr arasında 60 % hepatit C virusuna yoluxmuşlar. Keçmiş zamanlarda isə hemofiliyalı pasientlərin 90-95% hepatit C virusuna yoluxmuşdur.

Azərbaycanda 2006-cı ildən hemofiliyalı pasientlərin müasir təhlükəsiz dərman preparatları ilə müalicəsi başladı, plazma və donor qanının skrininqi yaxşılaşdı və buna görə də yoluxma ehtimalı demək olar ki azaldı. Lakin 70, 80, 90-cı illərdə hepatit haqqında heç bir məlumat yox idi və kütləvi şəkildə hər kəs hepatit viruslarına yoluxmuşdur. Hətta pasientlərin çoxu nə zaman Hepatit C-yə yoluxduqlarını bilmirdilər.

Hepatit C – nin interferonla müalicəsi hemofiliyalı pasientlər üçün əl vermir. Çünki interferonla olan müalicə zamanı trombositlərin sayı düşə bilər və bu da hemofiliyalı xəstənin həyatını təhlükə altına salır. Nəticədə xəstələrə müalicə icazəsi verilmirdi. Habelə interferon dərialtı inyeksiyalar ilə həyata keçirilir. Hal-hazırda birbaşa antivirus müasir dərman preparatlarının istehsalı Hepatit C virusla yaşayan hemofiliyalı xəstələr üçün yeni imkanlar yaradır. Müalicədən məlumat verən, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Ayaz Hüseynov, bildirmişdir ki: – “Əvvəllər biz təsəvvürümüzə gətirə bilmirdik ki, nə zamansa, 3 ay ərzində gündə bir həblə xəstə müalicə olunacaq və tam sağala biləcək. Bizim təşkilatın üzvləri hesab edirlər ki, Azərbaycanda hepatitlərin diaqnostikası yaxşılaşmalıdır. Hemofiliyalı pasientlərə təmənnasız qaraciyərin elastoqrafiyası keçməlidir, çünki biopsiya onlar üçün əksgöstərişdir. PCR diaqnostikanın olunması da vacibdir. Əlbəttə ki, hepatit C virusunun müalicəsi üçün dərman preparatların təminatı əsas problem kimi gündəmdədir. Biz də digərləri kimi, interferonsuz, müasir dərmanlarla terapiyaya ümüd edirik. Çox təəssüf ki, dərmanlar çox bahalı olduğuna görə xəstələrimiz üçün bu, əlçatan deyil.”

 

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin