Hamiləlik dövrü yay aylarına təsadüf edən hamilələrə TÖVSİYYƏLƏR:  

0
178

 

Mövsümə uyğun geyimlər  – Hovuz və ya dəniz üçün həm sinənizi, həm də qarın bölgənizi dəstəkləyəcək mayo və ya plyaj geyimləri seçilməli və gündəlik geyimlərdə pambıq parçalar, açıq rənglər istifadə edilməlidir. Paltarlar dar olmamalıdır. Ayaqqabılar yarım nömrə böyük alınmalıdır ki, sonra asanlıqla geyinilə bilsin.

Qoruyucu kremlərdən istifadə edilməlidir – Hamiləlik zamanı günəş şüalarından qorunmaq vacibdir, çünki şüalar bədən temperaturunun yüksəlməsinə və maye itkisinə səbəb olur. Bu səbəblə, kölgədə olsanız belə, qoruyucu kremlərdən istifadə edin.

Su gimnastikası  Suda edilən idman hərəkətləri hamilələr üçün yararlıdır. Bu zaman oynaqlara daha az yük düşür. Suda idman edərkən qarın əzələləri uzanır, güclənir və ana namizədlər bu vəziyyətdə özlərini çox rahat hiss edirlər.

Piyada gəzinti – Əgər hər hansı risk faktoru yoxdursa, həkim məsləhəti ilə gəzinti proqramına  15 dəqiqə ilə başlamaq olar. Hamiləliyin son 3 ayına gəlindiyi zaman piyada gəzintini 45 dəqiqəyə qaldırıla bilər.  Bunun üçün sübh tezdən  və axşam saatlarını seçmək daha münasibdir.

İstirahət çox vacibdir-  Yüksək temperatur və nəm ayaqlarda, biləklərdə şişkinliyə səbəb olur. Gün ərzində mütləq 30-60 dəqiqə istirahət edilməli və ayaqları rahat şəkildə yuxarıya doğru uzadaraq dincəlmək gərəkdir.

İsti havadan huşun itməməsi üçün

Həkimlər qeyd edir ki, gün ərzində  8 stəkan su içilməlidir. Əgər çox tərləmə varsa, o zaman kölgədə durmağa diqqət edin. Yorğunluq, baş giccələnməsi, bulantı müşahidə olunursa, bol maye qəbul edilməli və kölgədə qalmaq məsləhət  görülür. Əlamətlər davam edərsə, mütləq həkimə müraciət olunmalıdır.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin