Respublika Neyrocərrahiyyə Xəstəxanasında mətbuat konfransı keçirilib

0
87

Bu gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında mətbuat konfransı keçirilib. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə təşkil olunmuş konfransda baş həkim K.Dadaşov və neyrocərrahları iştirak edirdiblər.

Media nümayəndələrinə məlumat verən baş həkim bildirdi ki, ölkə başçısının paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2010-cu ilin iyununda Respublika Neyrocərrahiyyə Xəstəxanasında da yenidənqurma işlərinə başlanıb və 2012-ci ildə istifadəyə verilib.

Respublikanın yeganə neyrocərrahiyyə xəstəxanasının binası əsaslı şəkildə yenidən qurulmuş, dünyanın ən müasir tibbi avadanlığı ilə təchiz olunmuşdur. Görülən işlər nəticəsində xəstələrin yüksək səviyyədə müalicəsi və 440 tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Xəstəxanada bir əməliyyat bloku, dörd cərrahiyə otağı yaradılıb. Burada mikroskopik cərrahi əməliyyatların aparılması üçün bütün zəruri avadanlıq quraşdırılıb, dörd neyrocərrahiyyə şöbəsi, o cümlədən uşaq neyrocərrahiyyə və digər köməkçi bölmələr fəaliyyət göstərir.

Burada spinal neyrocərrahiyyə, baş-beyin, nevrotravma, uşaq neyrocərrahiyyəsi, anesteziologiya-reanimasiya və intensiv terapiya, əməliyyat bloku, laboratoriya, şüa diaqnostikası, qəbul-diaqnostik, fizioterapiya və tibbi bərpa, transfuzioloji kabinet, aptek və qida blokları fəaliyyət göstərir.

Müəssisədə 79 həkim fəaliyyət göstərir ki, onlardan da 27 neyrocərrah dünyada ən ağır hesab olunan bütün növ nevroloji əməliyyatları xəstəxanada icra edirlər.

Tibb müəssisəsində kadr hazırlığına xüsusi yer ayrılıb. Belə ki, hər il onlarla mütəxəssis peşəkarlıq səviyyələrini artırmaq məqsədi ilə dünyanın ən tanınmış tibb müəssisələrinə göndərilir, ixtisas artırma kurslarında iştirak edirlər. Xəstəxananın mütəxəssisləri müxtəlif beynəlxalq seminarlarda, simpoziumlarda iştiraklar edir, məruzələrlə çıxışlar edirlər.

Daha sonra baş həkim K.Dadaşov vurğuladı ki, ötən il ərzində 2100 əməliyyat icra olunub, onlardan 129 əməliyyat təxirəsalınmaz, 1982 əməliyyat isə planlı əməliyyatlar olub. 10850 xəstəyə yüksək səviyyədə ambulator yardım göstərilib. Bu ilin 6 ayı ərzində isə əməliyyatların sayı 1014, ambulator müraciətlərin sayı isə 5511 -i təşkil edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin