Son 3 gündə Sumqayıtda 119 uşaq infeksiya ehtimalı ilə xəstəxanaya daxil olub- NAZİRLİK MƏLUMATI TƏSDİQLƏDİ

0
104

Son üç  gündə  Sumqayıtda 119 uşaqda   infeksiya  ehtimalı   ilə xəstəxanaya   müraciət   edilib. Məlumat   Səhiyyə   Nazirliyinin Respublika   Gigiyena  və Epidemiologiya     Mərkəzindən təsdiqlənib.
MedOnline.az    xəbər  verir   ki, həkimə  müraciət edənlər arasında 2-5 yaş  arası  uşaqlar üstünlük   təşkil  edir.  Ayın  7-dən   bəri  Sumqayıtda  119  uşaqda  infeksiya  ehtimalı  ilə xəstəxanaya müraciət  olunub. Hazırda  şəhər  Uşaq Xəstəxanasında  54 uşağın müayinəsi davam edir.Həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq  infeksiyası diaqnozu qoyulub.  Onlarda  əsasən  baş  ağrısı,  ürək bulanma,  qusma,  halsızlıq  müşahidə  olunur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin