Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir.

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir. Zəngin C vitamini tərkibi ilə olduqca faydalı olan portağalın yeni bir xüsusiyyəti məlum oldub.

MedOnline.az Oncotarget jurnalına istinadən bildirir ki, araşdırmada C vitamininin bəzi xərçəng dərmanları və təcrübi dərman 2-DG-dən 10 qat daha təsirli olduğu qeyd edilib.

Araşdırma qrupunun başındakı doktor Maykl Lisanti bu mövzu barəsində ətraflı məlumat verib: “Araşdırma sayəsində çox önəmli yeni məlumatlar əldə etdik. Dərmanlar xəstəliklərə, xüsusilə xərçəngə qarşı o qədər də təsirli deyil. Vitaminlər isə, daha ucuzdur. Bir çox insan asanlıqla əldə edə bilər.
Araşdırmanın erkən nəticələrinə görə, xüsusilə portağalda olan C vitamini xərçəngə qarşı çox daha təsirlidir. Bu isə, olduqca önəmlidir. “

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin