Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edib

0
254

Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll üçün müxtəlif tədbirlər görürlər.

MedOnline.az xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev 9 iyun 2017-ci il tarixində Qusar Mərkəzi Rayon Xəstəxanasında Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 21 vətəndaşı qəbul etmişdir.

Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin