MedOnline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səs telləri üzrə cərrah, doktor İsmayıl İlter Denizoğlu  bildirir ki, siqaret çəkən qadınların səs tonu 15 il ərzində qalınlaşır və kişi səs tonuna çevrilir. Həkimin sözlərinə görə, bu problem gələcəkdə psixoloji problemlərə də səbəb olur. Denizoğlu bildirib ki, səsi dəyişən qadınların imici zədələnmiş olur:

“Uzun illər siqaret çəkilməsi ilə bağlı olaraq qadınların səs tellərində toxuma müqaviməti azalır. Bu vəziyyət kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Siqaret çəkən qadınlarda müəyyən bir müddət sonra səs telinin üzərində təbəqə toplanmağa başlayır. Bu səbəbdən də səs qalınlaşırş.”

Səs tonunun dəyişməsinin çox böyük problem olduğunu ifadə edən Denizoğlu qadınların səsinin telefonda kişi səsi kimi çıxdığını bildirib:

“Səsindən dolayı telefonda kişi hesab edilən qadınların özünə inamı azalır, həmçinin hərəkətləri də kişiləşir. Səsin dəyişməsi insanların baxışını da dəyişdirə bilir. Qadınlarda siqaret nəticəsində yaranmış səs yoğunlaşmasının müalicəsi dərman və və ya terapiya ilə mümkün deyil. Bu müalicə üçün cərrahiyyə əməliyyatı tələb olunur. Müalicə alan adamlar müəyyən bir müddətdən sonra əvvəlki səs tonuna qovuşur”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin